<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>313</hymn_number>
<lyrics>[V1]
 Harada olacaq əbədi yerin?
 Bu gün hər bir kəsə sual verilir.
 Cavabın vardırmı de, bu suala,
 Cavabsız qoyma sən onu kənara.

[V2]
 Artıq bir çoxları Məsihə gəlib,
 Günahlı həyata yetər söyləyib.
 Göylərə, Cənnətə olublar sakin,
 Haradadır sənin əbədi yerin?

[V3]
 Rəbbin göstərdiyi dar yolu qoyub,
 Enli yol seçdinsə, haradır sonun?
 Nə qədər gec deyil dayan, bir düşün,
 Bir gün sona yetər burada ömrün.

[V4]
 Rəbbin çağırışı hələ səslənir,
 Sərt etmə qəlbini, hələ gec deyil.
 İman et Məsihə, heç şübhə etmə,
 Göylərdə olacaq əbədi yerin.
 İman et Məsihə, heç şübhə etmə,
 Cənnətdə olacaq əbədi yerin.</lyrics>
<title>Harada olacaq əbədi yerin? İL313</title>
</song>